Ana Sayfa > Gündəm > Şura QHT-lərə aprelin 10-dək vaxt verdi - XƏBƏRDARLIQ

Şura QHT-lərə aprelin 10-dək vaxt verdi - XƏBƏRDARLIQ


4-04-2018, 16:39. Yazar: admin
Şura QHT-lərə aprelin 10-dək vaxt verdi - XƏBƏRDARLIQ


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoruFərasət QurbanovQHT-lərə müraciət edib.Modern.az-ın məlumatına görə, müraciətdə deyilir.


"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il birinci qrant müsabiqəsinin qalibləri ilə müqavilə bağlanması prosesinin təkmilləşdirilməsi, QHT-lər üçün daha rahat və operativ xidmətlərin təşkili məqsədilə müqavilə bağlanması üçün tələb olunan bütün əməliyyatların elektron qaydada həyata keçirilməsi qərara alınmışdır. Yəni, QHT-lər Şuranın qərarına uyğun olaraq Şuraya təqdim etdikləri layihə təklifinə, icra planına və büdcəyə müvafiq düzəlişlər edərək onları Şura Katibliyinin əməkdaşlarına elektron qaydada göndərməlidir. Katiblik əməkdaşı təqdim olunan sənədləri araşdırır, düzəlişə ehtiyac olduğu təqdirdə zəruri dəyişiklikləri ardıcıllıqla qeyd edir və göstərilən düzəlişlərin aparılaraq Şuraya göndərilməsi üçün vaxtı müəyyən edir. Bütün sənədlər elektron qaydada razılaşdırıldıqdan sonra QHT müqavilə bağlanması üçün Şuraya dəvət olunur. QHT-dən düzəliş edilmiş sənədlərlə təyin olunan vaxtda müqavilə imzalanması üçün Şuraya gəlməsi tələb olunur.
Təəssüflə qeyd etmək istəyirəm ki, bəzi QHT-lər Şuranın onların rahatlığı üçün tətbiq etdiyi bu elektron qaydaya əməl etmirlər, elektron məlumatlara cavab vermirlər, bəzi QHT-lər isə Katiblik əməkdaşlarının bildirdiyi iradlara heç bir düzəliş etmədən təkrar olaraq eyni sənədləri Şuraya göndərirlər. Bu da öz növbəsində təşkil olunan yeni xidmətin tətbiqində ciddi problemlər yaradır.
Məlumat üçün bildirirəm ki, Şuranın qərarına əsasən aprelin 10-nu müqavilə bağlanması üçün son tarixdir.
Qeyd olunan tarixə qədər müqavilə bağlanması ilə bağlı Katiblik əməkdaşlarının müraciətlərinə cavab verməyən QHT-lər haqqında qərara yenidən baxılması üçün Şuraya müraciət ediləcək və həmin layihələrin dayandırılması xahiş olunacaq”.

aia.az
Geri dön