Ana Sayfa > Karusel / Ölkə > DİN polis şöbəsində intihara cəhd edən şəxslə bağlı açıqlama verib: “Müalicəsi davam edir”
DİN polis şöbəsində intihara cəhd edən şəxslə bağlı açıqlama verib: “Müalicəsi davam edir”3-04-2018, 15:46. Yazar: admin |
Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir Şəhər Polis Şöbəsində intihara cəhd hadisəsi barədə rəsmi açıqlama verib. AİA.Az xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi İlham Babayev report-un sorğusuna cavab olaraq bildirib ki, əvvəllər dəfələrlə məhkum olunmuş Arzuman Rəhimov ötən ilin dekabrın 12-də Mingəçevir şəhəri İ.Qayıbov küçəsində yerləşən bərbərxanadan dəyəri 660 manat olan "Samsung" markalı televizorun, bu il martın 12-də isə bir vətəndaşın mənzilindən, təxminən, 7-8 min manat dəyərində müxtəlif növ əşyaların oğurlanmasında şübhəli bilinərək Şəhər Məhkəməsinin qərarı ilə 30 gün müddətində inzibati həbs edilib: "Törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaq məqsədilə Arzuman Rəhimov aprelin 1-də müvəqqəti saxlama yerində mənşəyi məlum olmayan yad cismi udaraq bu barədə postaçıya məlumat verib və o dərhal Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir və müalicəsi davam edir. Arzuman Rəhimova qarşı heç bir zorakılıq və hər hansı formada təzyiq göstərilməyib". AİA.Az Geri dön |