Ana Sayfa > Ölkə > Şəmkirdə aprel qəhrəmanları yad olundu
Şəmkirdə aprel qəhrəmanları yad olundu3-04-2018, 13:52. Yazar: admin |
Şəmkir şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Lələtəpə keçilməz!” adlı layihə reallaşdırılıb. Xəyalə Cəfərovanın müəllifi olduğu layihə 2016-cı ilin aprel münaqişələri zamanı həlak olan şəmkirli döyüşçülərPolkovnik Vüqar Yusifov, kiçik gizir Təbriz Əsgərov, hərbi qulluqçu Nurlan Qasımov, əsgər Altun Dəmirli və Vüsal Alıyevin xatirələrinə həsr edilib. Anım tədbirinə Şəmkir rayonİcra Hakimiyyətinin rəsmiləri, Şəmkir Rayon Gənclər və İdman idarəsinin əməkdaşları, "Sülhə Çağırış” Tolerantlığa Dəstək İctimai Birliyinin sədri Aynurə Asimqızı, "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Ramin Cəfərov, eləcə də ictimaiyyət nümayəndələri, şəhid ailələri, orta məktəb şagirdləri qatılıb. Tədbir zamanı çıxışçılar Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı qələbədən, bu qələbənin Ermənistanı təşvişə salmasından danışıb.Bildirilib ki, Azərbaycan əsgərinin 2016-cı ilin aprelində əldə etdiyi qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu sübuta yetirdi. Toplantı zamanı vurğulanıb ki, bu döyüşlərdəki zəfərlə də ordumuzun istənilən an düşmənə sarsıdıcı zərbə vurabiləcəyi məlum oldu. Çıxışlar zamanı şəmkirli gənclər qeyd edib ki, torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsi daim dərin hörmətlə anılır. Bu cür tədbirlərin artırılması istəklərini dilə gətirən Şəmkir gəncləri vurğulayıb ki, aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı və onlar daim bizim qürur yerimiz, fəxarətli sərvətimizdir. Tədbirin sonunda şəmkirli aprel şəhidləri haqqında nümayiş olunan video çarx qürur və göz yaşları ilə izlənilib. Qeyd edək ki, Azərbaycan RespublikasıGənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan anım tədbirlərinin təşkilati dəstəyi Şəmkir rayon İcra hakimiyyəti, Şəmkir rayon Gənclər və İdman idarəsi, "Sülhə Çağırış” Tolerantlığa dəstək İB, "Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi olub. aia.az Geri dön |