Ana Sayfa > Karusel / Gündəm > Bahar Muradovanın səhhəti pisləşib? - Vitse-spiker "Facebook"da yazdı
Bahar Muradovanın səhhəti pisləşib? - Vitse-spiker "Facebook"da yazdı3-04-2018, 11:33. Yazar: admin |
Milli Məclisin sədr müavini Bahar Muradova əməliyyat olunması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. aia.az xəbər verir ki, B.Muradova özünün "Facebook” səhifəsində onun haqqında yayılan məlumatların düzgün olmadığını bildirib: "Bəzi sensasiya axtaran saytlar haqqımda 1 aprel zarafatı etmək istəyiblər. Amma nəyə görəsə çaşıb aprelin 3-də yayıblar. Bax, buna zarafat yox "dodaqqaçdı” deyərlər”. Qeyd edək ki, bəzi KİV-lərdə yayılan məlumatda B.Muradovanın səhhətinin pisləşdiyi, təcili əməliyyat olunduğu bildirilirdi. aia.az Geri dön |