Ana Sayfa > Karusel / Media > Türkmənistan rəhbərliyi qadınların gözəl görünməsini istəmir

Türkmənistan rəhbərliyi qadınların gözəl görünməsini istəmir


3-04-2018, 10:36. Yazar: admin
Türkmənistan rəhbərliyi qadınların gözəl görünməsini istəmir


Türkmənistanın Gömrük İdarəsi ölkəyə parlaq saç boyalarının gətirilməsini qadağan edib.

aia.az "Xroniki Türkmənistan”ə istinadən xəbər verir ki, bundan əlavə, ölkəyə kiprik və dırnaqların uzadılmasını təmin edən materialların idxalı qadağan edilib.

Bu isə öz növbəsində ölkədə qadınlar üçün olan məhsulların qiymətinin 50%-dən çox bahalaşması ilə nəticələnib. Türkmənistanda, həmçinin mağazalarda qalan saç üçün vasitələrin yığışdırılmasına başlanılıb.

Qeyd edək ki, martın əvvəlindən isə paytaxta yerləşən dövlət orqanları və təşkilatlarda işləyən qadınlara dırnaqları rəngləmək və uzatmaq, kiprikləri uzatmaq, saçları rəngləmək və zinət əşyaları taxmaq qadağan olunub.

aia.az
Geri dön