Ana Sayfa > Karusel / Cəmiyyət > Axtarışda olan 44 nəfər tutuldu - 2 gündə 196 cinayət

Axtarışda olan 44 nəfər tutuldu - 2 gündə 196 cinayət


2-04-2018, 09:55. Yazar: admin
Axtarışda olan 44 nəfər tutuldu - 2 gündə 196 cinayət


Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 196 cinayət faktı qeydə alınıb, onların 37-i "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 44 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

aia.az
Geri dön