Ana Sayfa > Karusel / Gündəm > Bakı polisi: Mitinqdə 1200 nəfər iştirak edib
Bakı polisi: Mitinqdə 1200 nəfər iştirak edib31-03-2018, 17:09. Yazar: admin |
Bakı şəhər Baş Polis İdarəsi Milli Şura və Müsavatın Bakıda keçirdiyi birgə mitinqlə bağlı məlumat yayıb. İdarədən daxil olan məlumatda bildirilib ki, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Məlumatda qeyd edilib ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, "NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. Geri dön |