Ana Sayfa > Karusel / Cəmiyyət > Bakıda yeniyetmə qardaşını ehtiyatsızlıqdan ÖLDÜRDÜ

Bakıda yeniyetmə qardaşını ehtiyatsızlıqdan ÖLDÜRDÜ


31-03-2018, 11:23. Yazar: admin
Bakıda yeniyetmə qardaşını ehtiyatsızlıqdan ÖLDÜRDÜ


Martın 30-da Xəzər rayonunun Binə qəsəbəsində yaşayan yeniyetmə evlərinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə qardaşı, 20 yaşlı Rəhim Rəhimovun baş və qarın nahiyəsinə xəsarət yetirib. Nəticədə R.Rəhimov aldığı yaralardan ölüb.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

aia.az
Geri dön