Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Azərbaycanda cırtdanboyluların sayı artıb - SƏBƏBLƏR

Azərbaycanda cırtdanboyluların sayı artıb - SƏBƏBLƏR


31-03-2018, 10:45. Yazar: admin
Azərbaycanda cırtdanboyluların sayı artıb - SƏBƏBLƏR



"Azərbaycanda cırtdanboylu insanların sayı qeydiyyatda olandan çoxdur. Dövlət tərəfindən pulsuz dərman təminatı olmadığı üçün onlar qeydiyyata düşməyə həvəs göstərmirlər”

aia.az xəbər verir ki, bu barədə AzVision.az-a açıqlamasında Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova deyib.

Onun sözlərinə görə, cırtdanboyluluq nanizm, subnanizm və tender sindromuna görə ayrılır: "Ötən il tender sindromu olan 1 nəfər müəyyən edilib. Ümumilikdə 6 nəfər tender sindromu ilə qeydiyyatdadır. Bunlardan 5-i qadın, 1-i kişidir. Bu xəstəlikdə insanlar X xromosomunun çatışmazlığı və ya zəifliyi nəticəsində dünyaya göz açırlar. Söhbət X xromosomundan getdiyi üçün xəstəlik daha çox qızlarla bağlıdır. Dünyada hər 2500-3000 qızdan biri bu xəstəliyin daşıyıcısıdır. Belə qızların ailə qurması və uşaq dünyaya gətirməsi mümkün deyil və onların üz-boyun, baş quruluşları fərqli olur”.

Endekrinoloq vurğulayıb ki, nanizmlə bağlı 306 nəfər mərkəzdə qeydiyyata düşüb, bunlardan 153-ü qadındır: "Ötən il nanizmlə bağlı ilkin qeydiyyata alınan xəstələrin sayı 45 nəfər olub, bunlardan 17-i qadındır. Subnanizmlə bağlı hazırda 299 nəfər qeydiyyatdadır, onlardan isə 144-ü qadındır. 2017-ci ildə ilk dəfə qeydiyyata alınanların sayı 80 nəfər olub, 32-i qadındır. Lakin bu real rəqəmlər deyil. Dövlət proqramı olmadığı və dərmanlar bahalı olduğu üçün insanların əksəriyyəti qeydiyyata düşmür. Ümumilikdə respublikada cırtdanboyluluq üzrə rəqəmin qeydiyyatda olanlardan 2 dəfə çox olduğu proqnoz edilir. Subaninizm bu xəstəliyin yüngül formasıdır. Lakin ikisində də vaxtında müraciət edildikdə müalicə ilə boyu artırmaq və yüksək nəticəyə nail olmaq mümkün olur”.

S.Xəlilova qeyd edib ki, xəstəliyin müalicəsində müəyyən yaş həddi mövcuddur: "Bizə müraciət edən xəstələrin ilk növbədə sümükləşmə zonalarını rentgendən keçiririk, əgər sümük zonaları açıqdırsa, növbəti mərhələdə qalxanvari vəzin hormonal statusu nəzərdən keçirilir. Daha sonra isə test keçirilərək hormonun maksimal ifrazının nə qədər olduğu öyrənilir, bundan sonra xəstəyə müalicə təyin olunur. Sümük zonaları bağlı olsa, heç bir müalicə nəticə verməyəcək. 14-15 yaşdan sonra müalicənin effekti itir. Bizə əsasən müraciət edənlər 10-11 və 13-14 yaşına qədər uşaqlardır. Valideynlər uşaqlarını gecikdirir. Uşaqların boy artımında problemlərin olması ilkin mərhələdə poliklinikalarda müəyyən edilir və valideynlərə xəbardarlıq edilir. Lakin buna o dərəcədə də riayyət edilmir”.

S.Xəlilova bildirib ki, bu xəstəliklərin yaranmasında genetika ilə yanaşı, uşaq vaxtı keçirilmiş xəstəliklər də rol oynayır. "Kəskin infeksion xəstəliklər, kəskin respirator xəstəlikləri də burada əsas rol oynayır. Nanizmin bir qədər yüngül forması olan subnanizmdə sonradan boy artımı olur. Subnanizmdə kişilərdə boyun uzunluğu maksimum 130 sm, qadınlarda isə 120 sm olur”.

aia.az
Geri dön