Ana Sayfa > Karusel / Cəmiyyət > “Lotu Quli”ni təhqir edən “Rahim Şəkinski” Fransada güllələndi

“Lotu Quli”ni təhqir edən “Rahim Şəkinski” Fransada güllələndi


30-03-2018, 13:42. Yazar: admin
“Lotu Quli”ni təhqir edən “Rahim Şəkinski” Fransada güllələndi



Fransanın Tuluza şəhərində silahlı insident baş verib.

AzVision.az Fransa mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Tuluzanın yaxınlığındakı Colomie şəhərində qeydə alınıb.
Məlumata görə, naməlum şəxslər avtomobildən düşən azərbaycanlı Rahim Namazov və onun həyat yoldaşına 8 dəfə atəş açıblar.

İnsident zamanı ağır yaralanan azərbaycanlılar Purpan xəstəxanasına yerləşdirilib. Qadın aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. R.Namazovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

AzVision.az-ın əldə etdiyi məlumata görə, kriminal aləmdə özünü "Opasnı Roma", "Rahim Şəkinski" kimi təqdim edən Rahim Namazov “Youtube” şəbəkəsində səs yazıları yayaraq kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovu təhqir etmişdi. Onun "Lotu Quli"nin adamları tərəfindən güllələndiyi iddia edilir.


aia.az
Geri dön