Ana Sayfa > Aia TV > Aygün Kazımova yeni klipini təqdim edib

Aygün Kazımova yeni klipini təqdim edib


29-03-2018, 11:07. Yazar: admin





Xalq artisti Aygün Kazımova “Hardasan” adlı yeni mahnısını və klipini təqdim edib. Sözləri Gülağa Tənhaya aid olan, modern aranjimanda hazırlanan mahnı bəstəkar İsmayıl Əsədov tərəfindən Aygün Kazımovaya hədiyyə edilib. Bəstəkar 11 ildir ki, bu mahnını Aygün Kazımovanın ifasında eşitməyi arzuladığını bildirib. Bir neçə saat ərzində musiqi platformlarında üst sıralara yüksələn “Hardasan” mahnısı Aygün Kazımovanın növbəti megahiti hesab oluna bilər.

Müğənni bu əsəri dərin hiss və həyəcanla ifa edib. Klipdə Aygün Kazımovanın teatrallaşdırılmış rəqsi maraq oyadır. Ekran işində sənətçinin tərəf müqabili Türkiyədə fəaliyyət göstərən həmyerlimiz modelyer -dizayner Rüfət İsmayıldır. Klipin rejissoru Teymur Nəcəfzadə, özünün ekran işində xüsusi qrafika yaradıb. Montaj və rəng effektləri Elrəngə məxsusdur. Müğənninin imici üzərində Ruxa, Telman Heybətov və dizayner Rüfət İsmayıl çalışıb.

Lahiyə rəhbəri SS Production-dır.

aia.az


Geri dön