Ana Sayfa > Manşet / Dünya > Avropanın xanım liderləri Kremlə QARŞI

Avropanın xanım liderləri Kremlə QARŞI


29-03-2018, 10:23. Yazar: admin
Avropanın xanım liderləri Kremlə QARŞI


Böyük Britaniya və Almaniya Rusiya aqressiyasına qarşı gələcəkdə də birgə mübarizə aparmaq barədə razılıq əldə ediblər.



aia.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Tereza Mey və kansler Angela Merkel Sergey Skripal və qızına qarşı kimyəvi hücum faktını diqqətdə saxlayıblar.



“Baş nazir kanslerə Solsberidəki hücumdan sonra göstərdiyi dəstəyə görə minnətdarlıq edib. Kansler və baş nazir güclənən Rusiya aqressiyasına qarşı birlikdə mübarizə aparmaq barədə razılıq əldə ediblər”.

Tərəflər həmçinin, ABŞ-ın Avropa Birliyinfən idxal olunan alüminium və polada qoyduqları yeni tarifləri, bundan başqa, İranın nüvə razılaşmasını da müzakirə ediblər.

aia.az
Geri dön