Ana Sayfa > Karusel / Parlament > Naftalanda sanatoriyada qadın GÜLLƏLƏNDİ
Naftalanda sanatoriyada qadın GÜLLƏLƏNDİ28-03-2018, 16:43. Yazar: admin |
Naftalan şəhəri ərazisində güllələnən qadının kimliyi məlum olub. Goranboy rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə şəhər ərazisindəki sanatoriyada baş verib. Sanatoriyanın işçisi Zeynalova Günay Gəray qızı Naftalan şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Əli Hüseyn oğlu ilə mübahisə edib. Aralarında yaranan mübahisə nəticəsində Ə.Hüseynov özü ilə gəzdirdiyi tüfənglə G.Zeynalovanı güllələyib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Ə.Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb. aia.az Geri dön |