Ana Sayfa > Aia TV > Damla "Sahibi Sen"ə klip çəkdirməsini təxirə saldı

Damla "Sahibi Sen"ə klip çəkdirməsini təxirə saldı


27-03-2018, 17:35. Yazar: admin





Türkiyəli müğənni Damla azərbaycanlı bəstəkar Azər Nəsibova aid "Sahibi Sen” mahnısına klip çəkdirəcəyi ilə bağlı xəbər vermişdik.


aia.az-ın məlumatına görə, müğənninin bu planı baş tutmayıb. Bu haqda Damlanın Azərbaycandakı PR meneceri Elton Hacıyev əməkdaşımızla söhbətində deyib:

" Bu mahnını Damlaya yaxın olan azərbaycanlı bəstəkar Azər Nəsibovun istəyi ilə oxumuşdu. Əvvəl klip çəkilməsini istəsə də, amma müəyyən səbəblərə görə təxirə salıb. Bu cür halların baş verməsi normaldır. Bu mövzunun şişirdilməsini istəmirəm. Lakin tezliklə nəzərdə tutduğumuz klip çəkilişi baş tutacaq ".



Elton bildirib ki, tanınmış rejissorun ekranlaşdıracağı klipdə Damla dəyişən obrazla görünəcək. Bundan başqa müğənni Türkiyədə başladığı sənət karyerasının uğurla davam etməsi üçün hər bir xırdalıqlara belə diqqətlə yanaşdığını bildirib.

aia.az
Geri dön