Ana Sayfa > Karusel / Dünya > Tikintiyə icazə verilmə qaydası DƏYİŞDİRİLİR
Tikintiyə icazə verilmə qaydası DƏYİŞDİRİLİR27-03-2018, 16:51. Yazar: admin |
Azərbaycanda tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulan məlumatları 10 iş günü müddətində deyil, 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edəcək. Modern.az-ın məlumatına görə, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təklif edilir. Məcəllənin 75-ci (Tikintiyə icazə verilməsinin ümumi qaydaları) maddəsində edilən dəyişikliyə əsasən, tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulan məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə təqdim edəcək. Əvvəlcə bu müddət 10 gün idi. Dəyişiklik layihəsi Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. aia.az Geri dön |