Ana Sayfa > Şou-biznes / Manşet / Karusel > Ərdoğan Rusiya səfərindən imtina edə bilər

Ərdoğan Rusiya səfərindən imtina edə bilər


24-11-2015, 21:32. Yazar: admin
Ərdoğan Rusiya səfərindən imtina edə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya planlaşdırılan səfəri ləğv edilə bilər.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, hazırda bu məsələ müzakirə mərhələsindədir.

Administrasiyadan deyiblər ki, Türkiyə prezidentinin Rusiyaya səfəri dekabrın 15-nə planlaşdırılıb.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq Türkiyəyə noyabrın 25-nə planlaşdırılan səfərindən imtina edib.

Xatırladaq ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb.
Geri dön