Ana Sayfa > Gündəm > Zakir Həsənov hospitalda əsgərlərə baş çəkdi - FOTOLAR
Zakir Həsənov hospitalda əsgərlərə baş çəkdi - FOTOLAR19-03-2018, 17:05. Yazar: admin |
![]() Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar martın 19-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub. Nazirliyin Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, əvvəlcə hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, ehtiram ifadə edilib. ![]() Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub. ![]() Hospitalın kollektivi ilə görüşən Müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib. aia.az Geri dön |