Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Ağstafada avtomobillə qatar toqquşub, yaralılar var

Ağstafada avtomobillə qatar toqquşub, yaralılar var


24-11-2015, 21:14. Yazar: admin
Ağstafada avtomobillə qatar toqquşub, yaralılar var

Ağstafada ər və arvadın yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə rayonun Köçəsgər kəndi ərazisində, Tatlı - Ağstafa dəmir yol xəttinin 97-ci kilometrliyində, qorunan dəmir yol keçidində qeydə alınıb.

Köçəsgər kənd sakini, 1970-ci il təvəllüdlü Bahəddin Sultanov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə keçiddən keçmək istəyərkən elektrovoz maşını vurub.

Hadisə zamanı sürücü və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Narınc Sultanova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Geri dön