Ana Sayfa > Karusel / Cəmiyyət > İki gündə 218 cinayət törədilib, 60 nəfər saxlanılıb

İki gündə 218 cinayət törədilib, 60 nəfər saxlanılıb


19-03-2018, 09:35. Yazar: admin
İki gündə 218 cinayət törədilib, 60 nəfər saxlanılıb


Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 218 cinayət faktı qeydə alınıb, onların da 48-i "isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 35 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

aia.az
Geri dön