Ana Sayfa > Manşet / Siyasət > Bu gündən prezidentliyə namizədlərin təşviqatı başlayır
Bu gündən prezidentliyə namizədlərin təşviqatı başlayır19-03-2018, 09:32. Yazar: admin |
Bu gün Azərbaycanda aprelin 11-nə təyin edilən növbədənkənar prezident seçkilərində seçkiqabağı təşviqatın aparılması başlayır. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-u, saat 08:00-da dayandırılır. Seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxslər tərəfindən aparıla bilər. Martın 19-da həmçinin seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılması müddəti başa çatır. Təşviqat üçün yerlər dairə seçki komissiyalarının təklifi ilə yerli icra hakimiyyəti orqanları və bələdiyyə qurumları tərəfindən ayrılır. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək. Prezidentliyə namizədliyi qeydə alınan 8 namizəd aşağıdakılardır. Azərbaycan prezidenti İlham Əliyev -namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb; Milli Məclisin deputatı Qüdrət Həsənquliyev- namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb; Milli Məclisin deputatı Araz Əlizadə- namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb; Milli Məclisin deputatı Fərəc Quliyev- namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb; Milli Məclisin deputatı Zahid Oruc- öz təşəbbüsü ilə namizədliyini irəli sürülüb; Razi Nurullayev- namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb; Hafiz Hacıyev- namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb; Sərdar Məmmədov- Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürüüb. aia.az Geri dön |