Ana Sayfa > Karusel / Cəmiyyət > Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib

Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib


17-03-2018, 10:50. Yazar: admin
Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib


Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib.



APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.



MRX-dan verilən məlumata görə, 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.

Onun üzərində təcilli cərrahiyə əməliyyatı keçirilib, hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

F. Əzizovanın 11-ci sinif şagirdi olduğu bildirilir. Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

aia.az
Geri dön