Ana Sayfa > Manşet / Ölkə > Narkoloji Mərkəzdə ölən və yaralanan şəxslərin ailələrinə maddi yardım tam ödənilib

Narkoloji Mərkəzdə ölən və yaralanan şəxslərin ailələrinə maddi yardım tam ödənilib


17-03-2018, 10:37. Yazar: admin
Narkoloji Mərkəzdə ölən və yaralanan şəxslərin ailələrinə maddi yardım tam ödənilib


Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə maddi yardım ödənilməsi tam başa çatıb.



Bunu Modern.az-a açıqlamasında baş nazirin müavini, yanğınla əlaqədar yaradılan komissiyanın sədri Abid Şərifov deyib.

Baş nazirin müavini bildirib ki, Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə maddi yardım ödənilməsi tam başa çatıb.

“Yanğın nəticəsində həlak olan hər bir şəxsin ailəsinə 10 min manat, xəsarət alanlara isə orta hesabla 500 manat maddi yardım göstərilib. Aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə isə 1000 manat vəsait verilib. Həmin şəxslərə maddi yardımın ödənilməsində heç bir probelm olmayıb”.



Qeyd edək ki,martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 nəfər həlak olub. Aparılan araşdırma zamanı yanğının qəsdən törədildiyi məlum olub. Hadisədə təqsirli bilinən Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb.

aia.az
Geri dön