Ana Sayfa > Manşet / Siyasət > “Bizim dildə danışan bəzi soydaşlarımızı da bu işə qoşurlar...”
“Bizim dildə danışan bəzi soydaşlarımızı da bu işə qoşurlar...”16-03-2018, 12:15. Yazar: admin |
"Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələrin təsiri altına düşərək ölkəmiz əleyhinə çıxan savadsız soydaşlarımızla bağlı xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət edilib". Bu sözləri Real TV-yə müsahibəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Onun sözlərinə görə, rəqib dövlətlər anti-Azərbaycan qüvvələrə dəstək olurlar. “Beynəlxalq aləmdə Azərbaycanın siyasətini tənqid edən opponentlər, Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələr var. Onlar savadsız soydaşlarımızı da öz maraqlarına alət edirlər”, - deyə Əli Həsənov bildirib. [media=https://www.youtube.com/watch?v=RD8p5yQySfI] Geri dön |