Ana Sayfa > Aia TV > Əməkdar artistin özünü öldürməsi ilə bağlı şok təfərrüat

Əməkdar artistin özünü öldürməsi ilə bağlı şok təfərrüat


15-03-2018, 18:46. Yazar: admin
Əməkdar artistin özünü öldürməsi ilə bağlı şok təfərrüat


Bakıda tanınmış musiqiçi, əməkdar artist Pircan Həsənovun özünü öldürməsinin qaranlıq məqamları üzə çıxıb.

Axşam.az Criminal.az-a istinadən xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı Pircan Həsənov özünü zəhərləyərək öldürməsinə səbəb 26 min manat pul və həbs ediləcəyi ilə bağlı xəbər olub.

Mərhum musiqiçinin qardaşı Gülməməd Həsənov açıqlamasında bildirib ki, Pircanı yaşamaqdan bezdiriblər və o da canına qəsd edib:

''Ötən ilin yayında Pircanla qonşu Sərman Bağırov arasında mübahisə olmuşdu. Qonşular onları ayıraraq sakitləşdirib, sonra həmin Sərmanın ana-bacısı qardaşımın üstünə gəlib. Onlar Pircana hücum edib, öz həyətlərinə salmaq istəyiblər. Həmin vaxt qaçan Sərman Bağırov sürüşərək yıxılıb və ayağı sınıb. Bunun şahidləri də var. Bütün şahidlər də bölməyə çağrılaraq dindirilib. Bundan sonra Sərmanın atası Pircanı polisə verib. Polisdən Pircana barışıq təklif olundu. Biz də həmin ailəyə gedib barışıq təklif etdik. Biz 2000-2500 manat verməyə imkanımız olduğunu dedik. Onlar isə 9000 manat istədilər. Anamla ikinci dəfə onların qapısına getdik. Bizi qovdular, dedilər ki, aşağısı 8 min manat müalicə xərcini verin, sonra barışıq barədə danşarıq. Razılıq olmadığından, bölmə rəisi əsəbləşdi və işi məhkəməyə göndərdi''.

G.Həsənov deyir ki, qardaşı rəhmətə getməmişdən bir gün qabaq, yəni martın 13-də məhkəməsi olub:

''Pircan məhkəməyə özü gedib. Zərərçəkən məhkəməyə gəlməyib. Vəkili deyib ki, guya yataqdadır. Halbuki hər gün VAZ-2107 maşını ilə taksi fəaliyyətindədir. Məhkəmədə Pircanı sıxışdırıblar, 2 ildən 8 ilədək həbs cəzası oxuyublar, 26 min manat da pul tələb olunub. Bu məbləğdən 6 mini müalicə xərcləri, yerdə qalanı isə 10 ay işləmədiyinə görə. Deyiblər ki, ola bilsin, sabah həbs ediləcəksən. Məhkəmədən evə qayıdan Pircan dostlarına zəng edərək sabah həbs olunacağını deyib”.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

aia.az
Geri dön