Ana Sayfa > Manşet / Siyasət > Nazirlərin növbəti görüşü Gürcüstanda keçiriləcək

Nazirlərin növbəti görüşü Gürcüstanda keçiriləcək


15-03-2018, 18:18. Yazar: admin
Nazirlərin növbəti görüşü Gürcüstanda keçiriləcək


“Bakı bəyənnaməsi olduqca önəmli sənəddir”.

aia.az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nazirlərin növbəti dördtərəfli görüşü Gürcüstanda keçiriləcək: “Bakı bəyannaməsində humanitar, mədəniyyət, nəqliyyat və s. məsələlər yer alıb. Yeni yaranmış bu format regional əməkdaşlıq üçün çox vacibidir. Əməkdaşlığın hansı sahələri əhatə edəcəyinə dair Bakı Bəyannaməsi qəbul olunacaq. Əgər biz müxtəlif nəqliyyat dəhlizlərindən danışırdıqsa, indi bir nəqliyyat istiqamətindən danışırıq. Bu, cənub-qərb istiqamətidir. Bu, bizim ölkələri birləşdirir. Bu format müxtəlif sahələrdə də əməkdaşlıq üçün bir imkandır”.

aia.az
Geri dön