Ana Sayfa > Cəmiyyət > Bakıda qadını rüsvay etməklə hədələyən kişi ondan 5100 manat alıb - HƏBS

Bakıda qadını rüsvay etməklə hədələyən kişi ondan 5100 manat alıb - HƏBS


14-03-2018, 16:19. Yazar: admin
Bakıda qadını rüsvay etməklə hədələyən kişi ondan 5100 manat alıb - HƏBS


Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini Z.Vəliyeva (ad- soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5100 manat alıb.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı şəhər BPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


aia.az
Geri dön