Ana Sayfa > Manşet / Gündəm > Müdafiə naziri Yel çərşənbəsini təlimlərdə iştirak edən şəxsi heyətlə keçirib - VİDEO

Müdafiə naziri Yel çərşənbəsini təlimlərdə iştirak edən şəxsi heyətlə keçirib - VİDEO


14-03-2018, 10:52. Yazar: admin
Müdafiə naziri Yel çərşənbəsini təlimlərdə iştirak edən şəxsi heyətlə keçirib - VİDEO


General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.

Bu barədə aia.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.



Bildirilib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.



Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi qeyd edən hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildirblər.

aia.az

[media=https://www.youtube.com/watch?v=iZogf_XAwFM]
Geri dön