Ana Sayfa > Cəmiyyət > 69 yaşlı qadının meyiti tapılıb

69 yaşlı qadının meyiti tapılıb


13-03-2018, 17:05. Yazar: admin
69 yaşlı qadının meyiti tapılıb




FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

aia.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1949-cu il təvəllüdlü Məmmədova Rifan Hacıbaba qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Geri dön