Ana Sayfa > Manşet / Ölkə > RİH başçısı: "Bayılda sakinlərə veriləcək kompensasiya məsələsi bu həftə həll olunacaq"
RİH başçısı: "Bayılda sakinlərə veriləcək kompensasiya məsələsi bu həftə həll olunacaq"13-03-2018, 10:58. Yazar: admin |
"Bayıl sürüşmə sahəsində evləri dağılan, qəzalı vəziyyətə düşən sakinlərə kompensasiya verilməsinə baxılır. Sakinlər kompensasiyanın məbləğindən narazıdırlar. Bu məsələ müsbət həllini bu həftənin sonuna kimi tapmalıdır". aia.az-ın xəbərinə görə, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə sahəsində yaşayan sakinlərlə görüşdə deyib. E. Əzizov qeyd edib ki, qəzalı vəziyyətə düşən 6 mənzilə veriləcək kompensasiyanın məbləği müəyyənləşib: "Mənzilləri təhlükəli ərazidə yerləşməyən sakinlərin öz evlərində yaşamalarına imkan verilə bilər. Bütün məsələlərə baxılacaq. Bunlar hamısı alim və mütəxəssislərin rəyindən asılı olacaq". aia.az Geri dön |