Ana Sayfa > Karusel / Dünya > Dinc sakinlər Afrini tərk etməyə başladı - GÖRÜNTÜLƏR
Dinc sakinlər Afrini tərk etməyə başladı - GÖRÜNTÜLƏR12-03-2018, 17:05. Yazar: admin |
Türkiyə ordusu Afrinin mərkəzinin 2 kilometr yaxınlığında mövqe tutub. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb. Azad Suriya Ordusu (ASO) döyüşçüləri hərbçilərin dəstəyi ilə irəliləməkdə davam edir. Hücum nəticəsində bölgədə PYD/YPG terrorçularına məxsus təlim düşərgəsi nəzarətə götürülüb. TSQ və ASO döyüşçülərinin indiki mövqeyi Afrinlə güllə məsafəsindədir. Şəhər ətrafında daha bir kənd - Halidiyə terrorçulardan azad olunub. Bu arada dinc sakinlər Afrini tərk etməyə başlayıb. Şəhərdən ucu-bucağı görünməyən maşın karvanları çıxır. Xatırladaq ki, TSQ üç tərəfdən mühasirədə saxladığı Afrinin cənub istiqamətindən dinc sakinlərin çıxması üçün şərait yaradıb. [media=https://www.youtube.com/watch?v=341B8Oy3q0Y] aia.az Geri dön |