Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bakıda gey sevgilisinin başını kəsdi

Bakıda gey sevgilisinin başını kəsdi


24-11-2015, 13:21. Yazar: admin
Bakıda gey sevgilisinin başını kəsdi
Rövşən Əliyev (şərti) hadisədən öncə bir neçə dəfə onunla qarşılıqlı cinsi əlaqədə olub.

Bakıda sevgili olan cinsi azlıqlar arasında mübahisə cinayətlə nəticələnib.

Aia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə zərərçəkənin yaxınları məlumat verib.

Bildirilib ki, Nərimanov rayonunda cinsi azlıq nümayəndəsi Sumqayıt sakini 1985-ci il təvəllüdlü Vüqar Məmmədov (şərti) kirayədə yaşadığı evdə naməlum şəxs tərəfindən boğazı bıçaqla kəsilib.

Onunla sevgili olan Bakı sakini 1993-cü il təvəllüdlü Rövşən Əliyev (şərti) hadisədən öncə bir neçə dəfə onunla qarşılıqlı cinsi əlaqədə olub.

Sonuncu görüşlərində isə ondan pul tələb edib. 30 yaşlı gey sevgilisinin bu tələbini yerinə yetirməkdən imtina edib. Bundan sonra 22 yaşlı R.Əliyev xuliqanlıq zəminində onun boğazını kəsib.

Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən R.Əliyev saxlanılıb.
Geri dön