Ana Sayfa > Manşet / Siyasət > Artur Rasizadə Milli Məclisə gəlir – Hesabat vermənin vaxtı bilindi
Artur Rasizadə Milli Məclisə gəlir – Hesabat vermənin vaxtı bilindi12-03-2018, 11:13. Yazar: admin |
Milli Məclisin martın 16-da keçiriləcək iclasının gündəliyi məlum olub. Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı”dır. İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcək, müvafiq təkliflər səsləndiriəcəklər. Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir. aia.az Geri dön |