Ana Sayfa > Karusel / Cəmiyyət > Qadını şantaj edib 12 min manat aldı

Qadını şantaj edib 12 min manat aldı


12-03-2018, 11:10. Yazar: admin
Qadını şantaj edib 12 min manat aldı


Bakıda qadını şantaj edən şəxs saxlanılıb.

aia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 9-da Bakı şəhər sakini A.N (qadın) Qaradağ RPİ 10-cu PB-yə ərizə ilə müraciət edib 2017-ci ilin mart ayından cari il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 5140 manat və 4000 ABŞ dollarını aldığını bildirib.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.

aia.az
Geri dön