Ana Sayfa > Manşet / Dünya > Afrində 185 yaşayış məntəqəsi terrorçulardan azad olunub
Afrində 185 yaşayış məntəqəsi terrorçulardan azad olunub12-03-2018, 10:11. Yazar: admin |
Türkiyə Silahlı Qüvvələrinin "Azad Suriya Ordusu" ilə birgə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək 185 yaşayış məntəqəsi terrorçulardan azad olunub. aia.az-ın məlumatına görə, əməliyyatın keçirildiyi müddət ərzində 3291 terrorçu məhv edilib. Bundan əvvəl Türkiyənin Baş naziri Binəli Yıldırım bildirmişdi ki, Afrində təqribən 8-10 min PYD və YPG terrorçusu yerləşdirilib. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. aia.az Geri dön |