Ana Sayfa > Karusel / Parlament > Müstəntiq bədbəxt hadisə nəticəsində öldü - BAKIDA
Müstəntiq bədbəxt hadisə nəticəsində öldü - BAKIDA10-03-2018, 17:10. Yazar: admin |
Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi bədbəxt hadisə nəticəsində ölüb. 25 yaşlı Mirzəli Cavid Ədalət oğlu ilkin məlumata görə, küçə ilə hərəkət edərkən yıxılıb. Nəticədə onun başı səki daşına dəyib və o, vəfat edib. Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, C.Mirzəli Polis Akademiyasını qırmızı diplomla bitirərək, baş leytenant rütbəsi alıb. Report aia.az Geri dön |