Ana Sayfa > Manşet / Siyasət > Radikalların növbəti uğursuz mitinqi - Yenilənib

Radikalların növbəti uğursuz mitinqi - Yenilənib


10-03-2018, 16:17. Yazar: admin
Radikalların növbəti uğursuz mitinqi - Yenilənib


Bakının “Məhsul” stadionunda müxalifətin radikal qanadı olan Milli Şura və Müsavat partiyasının birgə mitinqi keçirilib.

AzVision.az xəbər verir ki, saat 15:00-a təyin olunan mitinqə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib. Mitinqin təşkilatçıları - Əli Kərimli və Arif Hacılı stadiona yarım saat gec gəliblər.
Günlərlə sosial şəbəkələrdə edilən çağırışlara baxmayaraq, “Məhsul” stadionuna çox az sayda adam toplamışdı. Mitinq yeni heç nə ilə yadda qalmadı. Bundan əvvəlki aksiyalarda olduğu kimi şablon, şər-böhtan üzərində qurulan çıxışlar səsləndikdən sonra radikalların növbəti yığıncağının başa çatdığı elan edildi.

Budəfəki mitinqə qatılanlar arasında saxta mühacir statusu almaq üçün selfi çəkənlərə də rast gəlmək olardı. Ümumilikdə isə 10 mart mitinqi gözlənildiyi kimi uğursuz alındı.

Qeyd edək ki, Milli Şura və Müsavatın birgə mitinqi müxalifətin digər partiyaları tərəfindən boykot edilmişdi.

aia.az
Geri dön