Ana Sayfa > Manşet / Siyasət > Seçkiləri izləmək üçün 21 beynəlxalq, 22 min yerli müşahidəçi qeydə alınıb

Seçkiləri izləmək üçün 21 beynəlxalq, 22 min yerli müşahidəçi qeydə alınıb


10-03-2018, 14:00. Yazar: admin
Seçkiləri izləmək üçün 21 beynəlxalq, 22 min yerli müşahidəçi qeydə alınıb



Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar 21 beynəlxalq müşahidəçi qeydə alınıb.



Modern.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.



MSK sədri deyib ki, bu günə qədər Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb.



M.Pənahov bildirib ki, bu, orta hesabla hər məntəqəyə 4 yerli müşahidəçinin düşməsi deməkdir.



MSK sədri əlavə edib ki, indiyə qədər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 13, Müstəqil Dövlətlər Birliyinin 8 müşahidəçisi də qeydə alınıb.

aia.az
Geri dön