Ana Sayfa > Karusel / Ölkə > Şahdağa 38 sm qar yağıb - FAKTİKİ HAVA
Şahdağa 38 sm qar yağıb - FAKTİKİ HAVA10-03-2018, 13:59. Yazar: admin |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti martın 9 gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki hava haqqında məlumat yayıb. aia.az-a verilən məlumata görə,ölkə ərazisində martın 9-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Lənkəran-Astara zonasında 2-8, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 2-18, Qazax-Gəncə zonasında 1-10, Naxçıvan MR-da 4-12 mm olub. Qar örtüyünün hündürlüyü Şahdağda 38, Qırızda 12, Xınalıqda 4, Rvarudda 3, Kəlvəzdə 2 sm təşkil edib. Şimal-qərb küləyi bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib. aia.az Geri dön |