Ana Sayfa > Karusel / Siyasət > Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı
Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı10-03-2018, 13:58. Yazar: admin |
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan prezidentliyinə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyevin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafız Hacıyevin və prezidentliyə namizədliyi "AXC” təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb. Namizədlərlə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, həmin şəxslər namizədin qeydə alınması üçün zəruri seçki sənədlərini MSK-ya təqdim ediblər, namizədliklərinin qeydə alınması üçün əsaslar var. Hər 3 şəxsin prezidentliyə namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib. aia.az Geri dön |