Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycan polisi bir gündə 55 nəfəri saxladı

Azərbaycan polisi bir gündə 55 nəfəri saxladı


10-03-2018, 11:33. Yazar: admin
Azərbaycan polisi bir gündə 55 nəfəri saxladı



Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 28-i "isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

aia.az
Geri dön