Ana Sayfa > Karusel / Ölkə > Bakıda yeni telekanalın yayıma başlayacağı vaxt açıqlanıb

Bakıda yeni telekanalın yayıma başlayacağı vaxt açıqlanıb


10-03-2018, 11:30. Yazar: admin
Bakıda yeni telekanalın yayıma başlayacağı vaxt açıqlanıb



"Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, "Real” TV-nin martın 12-dən sonra "Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.

Qeyd edək ki, martın 5-də MTRŞ-da "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
"Real" TV-nin baş direktoru Mirşahin Ağayevdir.

aia.az
Geri dön