Ana Sayfa > Manşet / Gündəm > Ərdoğan suriyalı qaçqınları Afrinə qaytarır - Sayı özü açıqladı
Ərdoğan suriyalı qaçqınları Afrinə qaytarır - Sayı özü açıqladı9-03-2018, 12:35. Yazar: admin |
Suriyanın Afrin bölgəsinin azad olunmasından sonra bu əraziyə 200 min suriyalı qaçqın qayıdacaq. aia.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı bildirib ki, Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrini terrorçulardan mütləq azad edəcəklər: "Hazırda Türkiyə SQ və "Azad Suriya Ordusu" Afrin bölgəsində 800 kv.km əraziyə nəzarət edirlər". Qeyd edək ki, bundan əvvəl R.T.Ərdoğan Türkiyənin sayı 3 milyon nəfəri ötən suriyalı qaçqınları öz vətənlərinə qaytaracağını bildirmişdi. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. aia.az Geri dön |