Ana Sayfa > Karusel / Dünya > Türkiyə Ordusu Afrində terrorçulara aman vermir - 3149 ölü

Türkiyə Ordusu Afrində terrorçulara aman vermir - 3149 ölü


9-03-2018, 12:26. Yazar: admin
Türkiyə Ordusu Afrində terrorçulara aman vermir - 3149 ölü


Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3149-a çatıb.

Bu barədə aia.az Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Təkcə ötən gün Afrində 94 terrorçu məhv edilib.

Əməliyyat çərçivəsində indiyədək 157 yaşayış məntəqəsi nəzarətə götürülüb.

Türkiyə Ordusu və "Azad Suriya Ordusu" artıq Afrinin mərkəzinin 4 kilometrliyindədirlər.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.


aia.az
Geri dön