Ana Sayfa > Cəmiyyət > Ötən gün 72 cinayət törədilib – 25 nəfər saxlanılıb

Ötən gün 72 cinayət törədilib – 25 nəfər saxlanılıb


9-03-2018, 11:13. Yazar: admin
Ötən gün 72 cinayət törədilib – 25 nəfər saxlanılıb




Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 72 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

aia.az
Geri dön