Ana Sayfa > Manşet / Dünya > Afrində terrorçulardan azad edilən yaşayış məntəqələrinin SAYI

Afrində terrorçulardan azad edilən yaşayış məntəqələrinin SAYI


8-03-2018, 11:27. Yazar: sevinc1
Afrində terrorçulardan azad edilən yaşayış məntəqələrinin SAYI


Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində "Azad Suriya Ordusu" ilə birgə apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində 156 yaşayış məntəqəsini terrorçulardan azad edib.

Bu haqda aia.az Türkiyə KİV-nə istinadla xəbər verir.
Hazırda PYD və YPG terrorçuları Afrindən bütün istiqamətlər üzrə sıxışdırılıb çıxarılır.
Əməliyyat çərçivəsində indiyədək 720 kv.km ərazinin terrorçulardan təmizləndiyi bildirilir.
Türkiyə SQ və "Azad Suriya Ordusu" artıq Afrinin mərkəzinin 8 kilometrliyindədir.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

aia.az
Geri dön