Ana Sayfa > Manşet / Siyasət > Türkiyə parlamentində dava - FOTO

Türkiyə parlamentində dava - FOTO


8-03-2018, 11:26. Yazar: sevinc1
Türkiyə parlamentində dava - FOTO




Türkiyə parlamentində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və müxalif Xalqların Demokratik Partiyasının (HDP) üzvləri arasında qarşıdurma yaşanıb.
Trend-in məlumatına görə, millət vəkilləri arasında mübahisəyə səbəb HDP-li deputatların "Türkiyə ordusu Afrində etnik təmizləmə aparır” deməsi olub.
Qarşıdurma zamanı HDP-dən olan üç millət vəkili yüngül xəsarət alıb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

aia.az
Geri dön