Ana Sayfa > Karusel / Parlament > Azərbaycan sərhədini pozan suriyalı SAXLANILDI
Azərbaycan sərhədini pozan suriyalı SAXLANILDI8-03-2018, 11:25. Yazar: sevinc1 |
Azərbaycan dövlət sərhədini pozan Suriya vətəndaşı saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən aia.az-a verilən məlumata görə, martın 7-də Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət-iz zolağında İran İslam Respublikası ərazisindən Azərbaycan istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub. Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd pozucusu Astara-Ərçivan magistral yolunda yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılıb, 1990-cı il təvəllüdlü Suriya vətəndaşı Tahir Əli Əbdülsalam oğlu olması müəyyənləşdirilib. Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Belarusun xəritələri, 1 ədəd dini kitab, 578 ABŞ dolları, 1300 avro, 170 000 İİR rialı aşkar olunub. Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. aia.az Geri dön |