Ana Sayfa > Dünya > Almaniya kürdlərə silahlı dəstək verdi

Almaniya kürdlərə silahlı dəstək verdi


7-03-2018, 18:31. Yazar: admin
Almaniya kürdlərə silahlı dəstək verdi


Almaniya “Peşmərgə” kürd silahlılarının təlimini davam etdirəcək. Modern.az xəbər verir ki, bu barədə Berlində keçirilən brifinqdə Almaniya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Frank Fenrix məlumat yayıb.



“Bizim dəstəklədiyimiz “Peşmərgə” qüvvələrinin təlimi tərəfimizdən davam etdirələcək. Bu təlimlər tibb və logistika sahəsində olacaq. Müdafiə nazirinin qeyd etdiyi ikinci dəstək Bağdadda təlimatçı missiya olacaq.” – Fenrix açıqlama verib.

Bundan başqa Almaniya höküməti bundesverin İraqdakı missiyasını artırmaq qərarına gəlib. Almniya hərbi təlimatçıları əvvəllər ölkənin şimalında “Peşmərgə” kürd qüvvələri ilə çalışırdılar, indi isə gözlənilir ki, ölkənin silahlı qüvələri ilə çalışacaqlar.



Brifinqdə həmçinin İraqdakı Almaniya silahlı qüvvələrinin sayı 1200-dən 800-dək endiriləcəyi qeyd olunub.

aia.az
Geri dön