Ana Sayfa > Dünya > Afrində daha 3 kənd terrorçulardan azad edildi

Afrində daha 3 kənd terrorçulardan azad edildi


6-03-2018, 15:40. Yazar: admin
Afrində daha 3 kənd terrorçulardan azad edildi




Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatları zamanı daha 3 kənd terrorçulardan azad edilib.

aia.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu gün Afrində PKK, PYD, YPG və İŞİD qruplaşmasına sarsıdıcı zərbələr endirilib. Nəticədə Harabat Çaranlı, Çaranlı ve Şirkan kəndləri yaraqlılardan təmizlənib. Hazırda Afrində 147 bölgə Türkiyə ordusunun nəzarəti altındadır. Ümumilikdə isə əməliyyatlar zamanı 2872 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

aia.az
Geri dön