Ana Sayfa > Karusel / Media > İçindən əkiz qardaşı çıxdı

İçindən əkiz qardaşı çıxdı


6-03-2018, 12:07. Yazar: admin
İçindən əkiz qardaşı çıxdı


Hindistanda qarnı dayanmadan böyüyən 7 aylıq qızın valideynləri onu həkimə aparıb


Həkim bu durumun səbəbini açıqlayanda ailə şoka girib. Məlum olub ki, körpənin əkiz qardaşı böyrəklərinin arasında sıxılıb qalıbmış.

Manisha və Motisingh Rathava cütlüyünə bildiriblər ki, körpənin böyrəkləri arasında sıxışıb qalan qardaşı inkişaf etməmiş döl sayılır. Əməliyyatı həyata keçirən uşaq həkimi Rakeş Coşi deyib ki, qızın valideynləri onun qarnının böyüdüyünü görən kimi həkimə gəliblər. Aparılan müayinə və analizlər nəticəsində isə inkişafını tamamlamamış dölün qızın qarnında olduğu təsbit edilib və uğurlu bir əməliyyatla döl qarından çıxarılıb. Həkim əməliyyatdan dərhal sonra qızın sağlamlığına qovuşduğunu və evə buraxıldığını, bu durumun isə çox nadir görüldüyünü deyib.

aia.az
Geri dön